https://news.day.az/azerinews/1869383.html
Türkiyənin Mardin vilayətində ağır yol qəzası: 6 nəfər ölüb
Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində baş verən yol qəzası nəticəsində dördü uşaq olmaqla altı nəfər həlak olub. Bu barədə DHA agentliyi məlumat yayıb. Məlumata əsasən, hadisə Nusaybin rayonunda baş verib. Belə ki, minik avtomobili yoldan çıxaraq drenaj kanalına düşüb.
Türkiyənin Mardin vilayətində ağır yol qəzası: 6 nəfər ölüb
Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində baş verən yol qəzası nəticəsində dördü uşaq olmaqla altı nəfər həlak olub.
Bu barədə DHA agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə Nusaybin rayonunda baş verib. Belə ki, minik avtomobili yoldan çıxaraq drenaj kanalına düşüb. Qeyd edilib ki, avtomobildə olan şəxslərin hamısı yerli sakinlər və eyni ailənin üzvləridir.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре