Bakıda ölümcül davadan sonra morqdan görüntülər yayıldı - FOTO
Bakının Xətai rayonunda yerləşən "Ab-Hava" kafesində baş verən və bir nəfərin ölümü ilə nəticələnən kütləvi davadan sonra morqdan görüntülər yayılıb.
Day.Az xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən kafedə qeydə alınıb.
Məlumata görə, tərəflər arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra iştirakçılar bir-birinə bıçaqla hücum edib, odlu silahdan istifadə etməyə də cəhd göstərilib. Nəticədə Ceyhun adlı şəxs həyatını itirib. Onun "Ceyhun Sabunçu" kimi tanındığı bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisədə iştirak edən 9 nəfərin şəxsiyyəti müəyyən edilərək onlar saxlanılıb. Qətldə birbaşa iştirak etməkdə şübhəli bilinən daha iki nəfərin axtarışı davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, davada deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi bildirilir. Mövcud məlumatlara əsasən, o, heç kimə bıçaq xəsarəti yetirməyib və qətl törətməyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре