https://news.day.az/azerinews/729653.html "MilliÖn"də problem üzə çıxdı

"MilliÖn"də problem üzə çıxdı

Azərbaycanca, 18 декабря 2015 11:48 (UTC +04:00) 4 206
"MilliÖn"də problem üzə çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az-a müraciət edən paytaxt sakini bildirib ki, Bakının Heydər Əliyev prospektində, "ASAN xidmət" mərkəzinin qarşısındakı yerüstü piyada kecidində quraşdırılmış "MilliÖn" aparatı çoxdandır ki, işləmir: "Zəhmət olmasa, deyin, aparatı tez təmir etsinlər, çox ehtiyacımız olur".

Bununla bağlı Milli.Az "MilliÖn" ödəmə terminallarının məxsus olduğu "Komtec" MMC-yə (MilliÖn) müraciət edib. Şirkətin İctimaiyyətlə əlaqələr qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva Milli.Az-a bildirib ki, həmin aparan şirkətə məxsus olsa da, hazırda distribütorun öhdəliyindədir. Həmin aparatın işləyib-işləməməsinə, inkassasiyasına da dsitribütorlar cavabdehdirlər:

"Lakin sözügedən ərazidə yerləşən MilliÖn ödəmə terminalının distribütoru artıq fəaliyyətini dayandırıb. Hələlik distribütorun balansında olan terminalların təhvil-təslim prosesi gedir. Yalnız bundan sonra xarab olmuş aparat təmir ediləcək. Lakin bunun nə vaxt olacağı hələlik dəqiq bəlli deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости