Xəzər TV yeni binaya köçüb? - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Sosial şəbəkələrdə Xəzər Televiziyasının artıq yeni binaya köçdüyü barədə məlumatlar paylaşılır.

Milli.Az xəbər verir ki, bu məlumat həqiqətəuyğun deyil və Xəzər TV yenə də, hələ ki, elə 2007-ci il oktyabrın 2-də ilk dəfə efirə çıxdığı gündən yerləşdiyi Atatürk prospekti 100 ünvanında fəaliyyətini davam etdirir.
Xəzər TV-nin Nobel prospektində, "Azərneftyağ" Neft Emalı Zavodunun yaxınlığında inşa edilən 6 mərtəbəli yeni binasına gəlincə, burada tikinti işləri, demək olar ki, başa çatıb və son tamamlama işləri gedir.

Sadəcə, binanın yeni çəkilmiş fotosunun sosial şəbəkələrdə yayılması bəzilərində çaşqınlıq yaradıb və elə biliblər ki, TV artıq köçüb.
Qeyd edək ki, televiziyanın yeni binaya nə vaxt köçəcəyi tarix tam bəlli deyil.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре