https://news.day.az/azerinews/730608.html Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edildi

Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edildi

Azərbaycanca, 21 декабря 2015 15:40 (UTC +04:00) 1 835
Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edildi

Day.Az представляет новость на азербайджанском языке

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb

Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb. "Report"un xəbərinə görə, Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə cinayət işi başlanılıb, S.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости