Roza Zərgərli əsgərlərə konsert verdi

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Roza Zərgərli Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Gəncə və Tovuzda yerləşən "N" saytlı hərbi hissələrdə konsert verib. 

Axşam.az xəbər verir ki, ifaçı bir saat davam edən tədbirdə sevilən mahnılarını səsləndirib. 
R.Zərgərli hər il əsgərlər qarşısında çıxış etdiyini bildirib:

"Hər il bayram ərəfəsində əsgərlərimizə konsert verirəm. Buna görə də çox şadam. Vətənimizin keşiyində duranların qarşısında mahnı oxumaq mənim üçün böyük fəxrdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.