Mirça Luçesku “Trabzonspor”la razılığa gəldi

Day.Az представляет новость на азербайджанском языке

"Trabzonspor" baş məşqçi postuna Mirça Luçeskunu gətirməkdə israrlıdı. Apasport.az saytının "Sabah"a istinadən məlumatına görə, yeni seçilən prezident Muharrem Usta rumınyalı mütəxəssislə onun vətənində görüşüb.

Xəbərə görə, klubun gələcək planlarını müzakirə edən tərəflər arasında anlaşma əldə olunub.

Belə ki, Luçesku ilə Usta mövsümün sonunda, 2016-cı ilin may ayında yenidən danışıqlar masasına oturmaq barəsində razılıq əldə ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.