Bu sərnişinlərə

Day.Az представляет новость на азербайджанском языке

Bu gün "BakuBus" saytının təqdimatı keçirilib.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, təqdimatda bildirilib ki, sayt tam fərqli formada yığılıb: "Saytın istifadəçiləri həm də iştirakçıya çevriləcəklər. Siz saytda dayanacaqlar, marşrut xətti üzrə hərəkət edən avtobusların yeri və çatma vaxtı göstəriləcək. Biz intervalı 3 dəqiqə nəzərdə tutmuşuq, amma yol təmiri və ya tıxac səbəbindən bir neçə dəqiqə gecikmə olarsa, sərnişin bunu da öyrənə biləcək.

Əgər sürücü hər hansı qayda pozuntusu etsə, sayta daxil olub avtobusun nömrəsini qeyd edərək həmin sürücü haqda məlumatı ala biləcək və ora öz iradını yazacaq. Əgər avtobusun sürücünün adını və avtobusun nömrəsini bilməsə də, saytda daxil olaraq GPS izləmə vasitəsilə həmin vaxt o dayanacaqda olan avtobus haqda məlumatı əldə edə biləcək.

Saytın ön səhifəsi Bakının xəritəsi üzərində yığılıb. Məzmun ön planda deyil. Xəritədə göstərilən avtobus işarəsinin üzərinə tıkladıqda həmi avtobusun nömrəsi və dayanacağa nə vaxt çatacağı da qeyd olunur

Dekabrın 31-də avtobuslarımız gecə saat 2-yə kimi, ehtiyac olarsa saat 3-ə kimi işləyəcək".

Saytın məlumat bölməsində jurnalistlər və ictimaiyyət üçün yeniliklər qeyd olunacaq. Avtobusların daxilinə 360 dərəcə 3D səyahət imkanı da var.

Bəzən işçiyə vəzifəsindən azad olunması öncə xəbərdarlıq olunur, bizdə isə insan həyatından söhbət getdiyi üçün xəbərdarlıq olunmadan işdən çıxarılır. Buna görə də Vakansiya bölməsində mütəmadi elan yerləşdiriləcək. Tezlikdə NIIM-in saytında da "BakuBus"ın avtobuslarını izləyə biləcəksiniz.

2016-cı ildən bütün avtobuslarımızda wifi quraşdırılacaq. Gələn ildən mütəmadi olaraq yeni marşrut xətləri üzrə avtobuslar istifadəyə veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.