https://news.day.az/azerinews/735373.html Azərbaycanlı velosəyyahın "ASAN xidmət"ə xüsusi təbriki - FOTOLAR

Azərbaycanlı velosəyyahın "ASAN xidmət"ə xüsusi təbriki - FOTOLAR

Azərbaycanca, 6 января 2016 19:01 (UTC +04:00) 1 318
Azərbaycanlı velosəyyahın "ASAN xidmət"ə xüsusi təbriki

Day.Az представляет новость на азербайджанском языке

Tural Abasov 215 günə 6224 km məsafəni velosipedlə gedərək Çinə çatıb

Bir müddət öncə dünya turuna çıxan Azərbaycanlı velosəyyah Tural Abasov turun birinci mərhələsində qədim İpək Yolu boyunca, Orta Asiyadan keçməklə, Bakıdan Çinə qədər yol qət edərək, Böyük İpək yolu marşurutunu başa vurub. Day.Az Avtosfer.az-a istinadən xəbər verir ki, o, 215 günə 6224 km məsafəni velosipedlə gedərək Çinə çatıb. Səyahət həvəskarı olan Tural Abbasov bir vətəndaş kimi Azərbaycanda şəffaf və innovativ xidmət olan "ASAN xidmət"in 3 illik fəaliyyəti münasibətilə Çində qədim İpək Yolunu başa vurmaqla qurumun 3 yaşını özünəməxsus şəkildə qeyd edərək ASAN-ın bayrağını dalğalandırıb. 

Qeyd edək ki, Tural Abbasov bundan sonra Avstraliya, Cənubi və Şimali Amerika, Avropa və Afrika qitələri üzrə velosəyahətini davam edərək Azərbaycana qayıdacaqdır. Tural Abbasovun velosəyahəti ilə bağlı ətraflı məlumatı mütəmadi yenilənən www.velotural.az internet və facebook https://www.facebook.com/velotural səhifəsindən əldə etmək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Azərbaycanlı velosəyyahın "ASAN xidmət"ə xüsusi təbriki

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости