https://news.day.az/azerinews/735516.html Abbas Bağırov toy qiymətindən danışdı

Abbas Bağırov toy qiymətindən danışdı

Azərbaycanca, 7 января 2016 10:52 (UTC +04:00) 1 877
Abbas Bağırov toy qiymətindən danışdı

Day.Az представляет новость на азербайджанском языке

Müğənnilərin 2016-cı ildə toy qiymətləri açıqlanıb. 

Siyahıya yalnız hazırda tələbatlı olan və toylara digər həmkarlarına nisbətən daha tez-tez çağırılan müğənnilər daxildir. Siyahıda birinci yeri isə Abbas Bağırov tutub. 

Belə ki, müğənninin toya 13 min manat qarşılığında getdiyi bildirilib.

Qeyd edək ki, digər müğənnilərdən fərqli olaraq Abbas Bağırovun toya yüksək məbləğdə getməsi ictimaiyyətdə müzakirələrə yol açıb.

Day.Az big.az-a istinadən xəbər verir ki, müğənni açıqlamasında bildirib ki, toya 13 min manata deyil, cəmi-cümlətanı 5 min manata gedir: 

"Çox səhv yazıblar. Mən toya 13 minə yox, 5 min manata gedirəm. Məndən soruşmadan haqqımda yalandan məlumat yazıblar. Mən bütün gün medianı izləmirəm ki, haradan bilim, haqqımda nə danışırlar. İradımı bildirmişəm, açıqlamanı da indi sizə verirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости