Azərbaycanlı xakerlər polisə verildi:

Day.Az представляет новость на азербайджанском языке

Bizimyol.info xəbər verir ki, Elvin Nurəddinov, Fərrux Qocamanlı, Elşad Quliyev və digər bir neçə gənc, Yasamal Rayon Baş Polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Onlar Yasamal rayon sakini, 1995-ci il təvəllüdlü Bəşirov Orxan Zahid oğlundan və Ordubad rayonunda yaşayan Hicran Fətəliyev adlı şəxslərdən şikayətçi olduqlarını bildirərək bu addımı atıblar. Onlar iddia edir ki, adıçəkilən şəxslər sosial şəbəkələrdə kiber cinayətkarlıqla məşğuldur və üzvü olduğu  hacker qrupu ilə birgə bir neçə vətəndaşın şəxsi hesabını və xeyli sayda üzvü olan "facebook" səhifələrini ələ keçiriblər. Şikayətçilərin dediyinə görə, kibercinayətkarlıqla məşğul olan gənclər, heç kimdən qorxmadıqlarını və bu işi davam etdirəcəklərini deyiblər. Şikayətçi gənclər, bu işi sona qədər davam etdirəcəklərini və günahkarların cəzalandırılmasına nail olacaqlarını bildiriblər. Onlar həmçinin DİN-in müvafiq qurumunu da onlara kömək etməyə çağırıblar.

Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.