Ermənistanda “donuz qripi”ndən daha iki nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке.

Ermənistanda "donuz qripi"ndən daha iki ölüm hadisəsi qeydə alınıb. 

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi təsdiqləyib.

Mətbuat katibinin sözlərinə görə, ölən şəxslərin hər ikisi qadındır. Onların həkimə gec müraciət etdiyi və qeydiyyata alındığı zaman vəziyyətlərinin ağır olduğu bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanda H1N1 virusundan 13-cü ölüm fakrı qeydə alınıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.