"Anam dedi ki, görəsən nə baş verdi Bakıda, göylər belə ağlayır"

Day.Az представляет новость на азербайджанском языке

Teleaparıcı Xoşqədəm Hidayətqızı 20 yanvar faciəsindən danışıb.

Day.Az big.az-a istinadən bildirir ki, aparıcı "Deməsək olmaz" verilişində həmin günü belə xatırlayıb:

"O günü yaxşı xatırlayıram. Birdən-birə televiziyanın yayımı dayandırıldı. Bütün əlaqələr kəsildi. Həmin gün mən rayondaydım. Ucqar rayonlarda, ucqar kəndlərdə idik və çox şeylərdən xəbərsiz idik. O günü heç vaxt unutmayacağam. Sabah ayılanda buludların yerini sanki göylərdə qan almışdı .Bütün göyün üzü qıpqırmızı idi. Anamın o sözünü heç vaxt unutmamışam. Dedi ki, görəsən nə baş verdi Bakıda, göylər belə ağlayır. Amma gəlin nəzərə alaq ki, biz bu günü ağlamamalıyıq. Mən belə fikirləşirəm. Bu gün bizim şərəfli bir tariximizdir. Vətən üçün, müstəqillik üçün bugünkü Azərbaycan üçün o gün lazım idi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.