Azərbaycanda zəlzələ oldu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan-İran sərhəddində 3 bal gücündə zəlzələ baş verib.

Report  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla 14:41-də Beyləqan - İran sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. 
Zəlzələnin maqnitudası 3,9, dərinliyi 28 km olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.