https://news.day.az/azerinews/741520.html Nardaranda saxlanılan daha 3 nəfər azadlığa buraxıldı

Nardaranda saxlanılan daha 3 nəfər azadlığa buraxıldı

Azərbaycanca, 25 января 2016 11:14 (UTC +04:00) 1 196
Nardaranda saxlanılan daha 3 nəfər azadlığa buraxıldı

Day.Az представляет новость на азербайджанском языке.

Nardaranda inzibati qaydada həbs olunan daha 3 nəfər qəsəbə sakini azadlığa buraxılıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, Nardaran hadisələrindən sonra ümumiyyətlə inzibati qaydada həbs olunan şəxslərin hamısının həbs müddəti başa çatıb və onlar azadlığa buraxılıb.

Qeyd edək ki, Nardaran hadisələrindən sonra inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunmuşdu. Sonradan isə daha 3 nəfər barəsində inzibati həbs qərarı çıxarılmışdı. Ötən həftə inzibati həbs müddəti başa çatan 71 nəfər azadlığa çıxsa da, digər 3 nəfərin həbs müddəti başa çatmadığından onlar Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости