Ötən il Azərbaycanda inzibati xəta törətmiş 2,5 milyon nəfər cərimələnib

Day.Az представляет новость на азербайджанском языке.

Ötən il respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31028 vahid artması (1339568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu müsbət nəticəni şərtləndirən əsas amillərdən biri yol hərəkətinə nəzarətin gücləndirilməsi olub. 2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2531843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2641284 protokol tərtib olunub. Nəticədə 2543406 şəxs cərimələnib, 4.036 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 42030 şəxsə xəbərdarlıq edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.