16 polis əməkdaşı xidmətdən xaric edilib, 7 nəfər tutduğu vəzifədən azad olunub

Day.Az представляет новость на азербайджанском языке.

Ötən il vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 919289 nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1289122 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Əlavə edilib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən müxtəlif cinayətlər törətmiş 723 nəfər, o cümlədən axtarışda olan 86 təqsirləndirilən şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 27 minə yaxın inzibati xəta aşkarlanıb. Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb. Nəticədə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 6,8 faiz,  əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə  kimi hallar qeydə alınmayıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayı 30 fakt və  həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.