İŞİD liderləri Qəzzafinin şəhərinə toplandılar

Day.Az представляет новость на азербайджанском языке

İŞİD-in əsas liderləri beynəlxalq koalisiyanın hava hücumları səbəbindən Liviyaya sığınmağa məcbur olub.

Day.Az axar.az-a istinadən bildirir ki, bu barədə Liviyanın Misurata şəhərinin kəşfiyyat şefi İsmayıl Şükri məlumat verib.
 
Onun sözlərinə görə, Liviyanı etibarlı hesab edən terrorçu liderlər Müəmmər Qəzzafinin doğulduğu Sirt şəhərinə gəliblər.
 
BBC-nin məlumatına görə, Sirtdə toplanan terrorçuların əksəriyyəti əcnəbilərdir.
 
"Buraya gələn terrorçuların 70%-i əcnəbidir. Əksəriyyəti Tunis, Misir və Sudandan gəlib. Bir neçəsi isə əlcəzairlidir. Misurata rəhbərliyi Sirtdə İŞİD-ə qarşı əməliyyata başlayacaqlarını deyir. Lakin paytaxt Tripolidəki hökumətə bağlı qüvvələrin sayı təxminən 1400 nəfərdir. İŞİD terrorçularının sayı bundan iki dəfə çoxdur", - məlumatda qeyd olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.