Bakıda adam öldürən fəhləyə hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Day.Az lent.az-a istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Ə.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 19-da Bakı şəhər, Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi  və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ə.Məmmədov tutulub.
 
Hadisə torpaq üstündə olub. Əli Məmmədov kənddə fəhlə işləyirmiş.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.