Sürücülərin

Day.Az представляет новость на азербайджанском языке.

Paytaxtın Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən "Azneft" dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, qısa müddətdə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovməlumat verib.

Onun sözlərinə görə, bunu nəzərə alaraq, bu istiqamətə doğru - Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20-ci Sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn, yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 May küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq, dəyişdirilib:

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.