https://news.day.az/azerinews/745988.html GUAM-ın baş katibi Azərbaycana gəldi

GUAM-ın baş katibi Azərbaycana gəldi

Azərbaycanca, 5 февраля 2016 12:29 (UTC +04:00) 624
GUAM-ın baş katibi Azərbaycana gəldi

Day.Az представляет новость на азербайджанском языке.

GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycana gəlib.

Day.Az bildirir ki, təşkilatın mətbuat xidmətindən Report-a verilən məlumata görə, səfər çərçivəsində baş katib Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirəcək.

A.Əfəndiyevin bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla, fevralın 8-də isə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 1-dən azərbaycanlı diplomat A.Əfəndiyev GUAM-ın baş katibi vəzifəsində fəaliyyətə başlayaraq, bu postda Valeri Çeçelaşvilini əvəzləyib.
Azərbaycan GUAM-a bu ilin birinci yarısında sədrlik edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости