Bakıda həmyerlisini döyərək öldürən şəxsə hökm oxundu
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Babək Sədiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Day.Az Report-a stinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Sədiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayında, Bakı şəhər Nərimanov rayonunun Rasim Muxtarov küçəsində baş verib. Paytaxt sakini Babək Sədiyev münaqişə zəminində həmyerlisi 26 yaşlıAbbasqulu Hacıyevi döyüb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə gətirilib. Həkimlərin səyinə baxmayaraq A.Hacıyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən B.Sədiyev isə hadisədən sonra qaçaraq gizlənib. Daha sonra o, tutularaq istintaqa cəlb olunub.
B.Sədiyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре