https://news.day.az/azerinews/748846.html Malidə hücum nəticəsində 6 BMT sülhməramlısı ölüb

Malidə hücum nəticəsində 6 BMT sülhməramlısı ölüb

Azərbaycanca, 13 февраля 2016 09:30 (UTC +04:00) 1 075
Malidə hücum nəticəsində 6 BMT sülhməramlısı ölüb

Day.Az представляет новость на азербайджанском языке

Malidə silahlıların hücumu nəticəsində ölən BMT sülhməramlılarının sayı 6-ya çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 12-də sülhməramlılarının Kidal şəhərindəki düşərgəsi hücuma məruz qalıb.

Düşərgə minaatanlardan və iri çaplı silahlardan atəşə tutulub. Hücuma görə məsuliyyəti "Ənsər-əd-Din" terror qruplaşması öz üzərinə götürüb. Bu qruplaşma "Əl-Qaidə" qruplaşmasının "İslam Maqrib dövlətlərindəki" qolu sayılır.  

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. "Ənsər-əd-Din" ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости