Biznes qurmaq üçün 20 min manat verdi, aldadıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib.
 

Lent.az-ın məlumatına görə, polisə şikayət ərizəsi yazan Nəsimi rayon sakini, 1971-ci il təvəllüdlü Tahirov Faiq Ələkbər oğlu bildirib ki, keçən ilin 20 oktyabr tarixində maşın bazarında Ramiz adlı şəxsə birgə biznes qurmaq üçün 20 min manat verib. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib və pulu mənimsəyib.
 
Müraciət əsasında araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.