Oğru dəstəyə hökm oxundu
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən dəstəyə hökm oxunub.
Day.Az Trend-ə istinadən bildirir ki, məhkəmənin hökmü ilə Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlının hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radiobaza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlamış Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре