Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən danışdı

Day.Az представляет новость на азербайджанском языке

---------
14:08

Əli Mirəliyev Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbləri ilə bağlı jurnalistlər açıqlama verib.

AzNews.az xəbər verir ki, Ə.Mirəliyev İlhamə Qulyevanın halının səhər saatlarında pisləşdiyini və köməkçisinin ona zəng etdiyini bildirib: "Dedilər ki, tez gəlin. İlhamə xanımın vəziyyəti yaxşı deyil. Məni və qızım Samirəni çağırıb. Biz gələnə kimi həkim çağırıblar. Həkim gələnə kimi isə İlhamə xanım başlayıb xırıldamağa. Biz gələndə isə gördük ki, keçinib". 

Ə.Mirəliyev İ.Quliyevanın şəkərdən əziyyət çəkdiyini deyib: "Təzyiqi var idi. Ayaqları və böyrəkləri son günlər işləmirmiş". 

---------
13:19

Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi məlum olub.

Day.Az bildirir ki, müğənninin qohumu Əli Mirəliyev atv.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ölümünə səbəb ürəyində trombun qırılmasıdır: "Səhər saatlarında vəfat etdi. Xəstəxanaya çatdıra bilmədik. Xidmətçisi məlumat verdi bizə, indi onun evindəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Əli Mirəliyev İlhamənin ölümündən danışdı