"Həmişə deyirdi ki, məni anamın yanında dəfn edin"

Day.Az представляет новость на азербайджанском языке

"Lider" telekanalının aparıcısı Lamiyə Ələkbərova bu gün səhər saatlarında dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, aparıcı müğənni ilə dünən gecə telefonla danışdığını deyib:

"Həmişə deyirdi ki, məni anamın yanında dəfn edin, üstümə qırmızı örpək sərərsiniz. Dünən 2 saat dərdləşdik. Çox həyatsevər əhvalı var idi. Dedi ki, "8 Martda verilişə gələcəm. Studiyanı gül-çiçəklə bəzəyin". Səhər halı pisləşib, köməkçisi dərman verib. Təcili yardım çağırıb, amma çatdıra bilməyiblər. Səhər yerindən heç dura bilməyib".

Mərhumun evinə gələn müğənni Əlikram Bayramov da ifaçıya Allahdan rəhmət diləyib:

"Həyatımda, sənətimdə böyük rolu olan insandır. Allah ona rəhmət etsin. Hər bir zaman ürəyimizdə olacaq. Mahnıları unudulmayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.