Beynəlxalq Bankdan 30 milyon manatı mənimsəyən şəxsin həbsi ilə bağlı yeni xəbər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Beynəlxalq Bankından 30 milyon krediti götürərək mənimsəməkdə təqsirləndirilərək həbs edilən, Mingəçevir "İzolit" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyevin həbs müddəti artırılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Mehdiyevin barəsindəki həbs qəti imkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.