İlhamə Quliyevanın mənzilinə və brilyantlarına

Day.Az представляет новость на азербайджанском языке

---------
13:16

İlhamə Quliyevanın vəkili Habil Vəliyev İlhamə Quliyevanın mirasına həbs qoyulması haqda axar.az-a danışarkən xəbərin düz olduğunu bildirib:

"Hələ bu məsələ haqda çox danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bəli, xəbər doğrudur. İlhamə xanımın mirasına həbs qoyulub. Oğlu Orxan Nadirov da qanunlara hörmət edən bir Azərbaycan vətəndaşı kimi maşının və evin açarlarını təhvil verib. Hüquqi proseslər gedir. İnanıram ki, hər şey həll olunacaq".

--------
11:34

Hüquq-mühafizə orqanları mərhum xalq artisti İlhamə Quliyevanın əmlakına həbs qoyublar.

Day.Az xəbər verir ki, bunu virtualaz.org-a xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İlhamə Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.

Ə.Mirəliyev deyib ki, İ.Quliyevanın əmlakına qoyulan həbs bütün təfərrüatlar araşdırılana qədər qüvvədə olacaq. Onun sözlərinə görə, bu, xalq artistinin özündən sonra vəsiyyətnamə qoymaması ilə bağlıdır.

İ.Quliyevanın əmlakına həbs qoyulması xəbərini virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələri də təsdiqləyiblər. Onlar həmçinin bildiriblər ki, bütün bunlar müvafiq qaydada qeydiyyata alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.