Goranboyda xeyli sayda sursat aşkarlanıb - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Goranboyda xeyli sayda partlamamış sursat tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonunun Kələk kəndi ərazisində 24 ədəd partlamamış sursat aşkarlanıb. Goranboy rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gələrək ərazinin mühafizə ediblər.
Sursat aşkar olunan yerə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəlb olunub. Sursatların partlamamış TAB-7 aviabombalar olduğu müəyyənləşib və zərərsizləşdirilməsi üçün ANAMA-nın Ağstafa Regional Bazasına aparılıb.
Sursatların metal toplayan şəxslər tərəfindən atıldığı ehtimal edilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, bir həftə əvvəl də Kələk kənd yaxınlığında 50-yə yaxın müxtəlif tipli mərmilər və döyüş başlıqları aşkarlanmışdı. Onlar da ANAM-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре