Azərbaycanlı aktrisa Türkiyənin məşhur dərgisində

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlı aktrisa və aparıcı Aysel Nazım Türkiyənin "Moon life" dərgisinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, o, jurnala açıqlamasında aktrisalığından bəhs edib:

"İdman verilişi aparıcısı olmuşam. Daha sonra aktrisalıq təklifi aldım və razılaşdım. Tamaşaçılar hazırda çəkildiyim serialdakı ("Eks-bacanaqlar" - red.) rolumu bəyənirlər. Yeni təkliflər alıram. Əvvəl hobbi kimi yanaşdığım aktrisalıq indi peşəmə çevrilib.

Aparıcılıq qədər aktrisalığı da sevirəm. Ötən il Türkiyədə bir filmə dəvət almışdım. Azərbaycandakı işimlə vaxt uyğun gəlmədiyi üçün razılaşmadım. Gələcəkdə yenidən təklif gələrsə, dəyərləndirəcəm. Xəyalpərəst deyiləm. Amma insan xəyal qurmadan da yaşaya bilməz. Nəyinsə xəyalını qurar, hədəfimi dəqiqləşdirər və ona doğru gedərəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.