Lənkəranda ağır qəza: 4 nəfər yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Lənkəranda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə martın 13-də saat 16.30 radələrində  şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "BMW" markalı, 10-TV-358 dövlət nömrə nişanlı minik avtomobili "Volkswagen Passat" markalı, 07-BF-192 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Onların səyləri ilə hər iki avtomobildən 4 yaralı çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təhvil verilib. 

Hazırda qəza yerində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.