Bakıda iki "KamAz" toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisələri qeydə alınıb.

Day.Az bildirir ki, Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 2 "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:13-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" və "Daewoo" markalı minik avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:52-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.