Məşhur geyim firması təbii xəzə "yox" dedi

Day.Az представляет новость на азербайджанском языке

İtaliyalı modelyer Corcio Armani sahibi olduğu şirkətin heç bir məhsulunda təbii xəzdən istifadə etməyəcək.

Day.Az report-a istinadən bildirir ki, dizaynerin bəyanatına görə, yeni texnologiyalar heyvanlara qarşı "sərt təcrübə"dən imtina etmək imkanı verir.
"Armani"də təbii xəz 2016-cı ilin payız-qış kolleksiyasından etibarən olmayacaq.
Dizaynerin bu qərarı Heyvanların Beynəlxalq Mühafizəsi Cəmiyyəti tərəfindən dəstəklənib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.