Bayram günlərində smartkart itərsə nə etməli?

Day.Az представляет новость на азербайджанском языке

Bayram günlərində sayğacın kartını itirən vətəndaş qazsız qalıb. Qeyri-iş günü olduğundan haraya müraciət edəcəyini bilmir. Məsələdən yola çıxıb itirilən sayğac kartları haqqında xəbər hazırlamışıq. Kartın dəyişdirilməsi neçəyə başa gəlir? Bu günlərdə vətəndaşa texniki xidmət göstərilirmi?

Smart tipli qaz və su sayğaclarının kartlarının zədələnməsi və ya itirilməsinə görə yenisinin verilməsi işi "Azəriqaz" İstehsalat Birliyi və "Azərsu" Açıq Səhimdar Cəmiyyəti tərəfindən həyata keçirilmir. Kartını itirən şəxs şəxsiyyət vəsiqəsinin əsli və ya surəti, sayğacın nömrəsi və yaxud da abonent kodunu götürüb "ASAN xidmət"ə yaxınlaşmalıdır. 5 manat dövlət rüsumu ödənildikdən sonra o, yerindəcə yeni kartla təmin olunur.

Bayram günlərində kartını itirən şəxs nə etməlidir?

Day.Az xəzəzrxəbər.com-a istinadən bildirir ki, "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəriİbrahim Kərbalayev məsələyə aydınlıq gətirib:

"Novruz bayramı ilə əlaqədar olaraq "Azəriqaz" istehsalat birliyi martın 19-dan 28-dək gücləndirilmiş iş rejiminə keçib. Həmçinin 104 və 185 saylı "qaynar xətt" də fəaliyyətini davam etdirir. Abonentlər bu müddət ərzində qaz təhcizatında "Azəriqaz"a müraciət edə bilərlər".

Bu vəziyyətlərdə "Azəriqaz" kartını itirən abonenti kartla təmin edir. "Azərsu" da bu vəziyyətdə eynilə "Azəriqaz" kimi hərəkət edir. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti isə bu sahə üzrə "ASAN xidmət"ə qoşulmadığından vətəndaş eyni sənədlərlə qurumun "Bağlar Elektrik Şəbəkəsi"nə müraciət etməlidir. Kartın itirilməsi və dəyən ziyana görə rüsum 15-20 manat arasında dəyişir. Bu qurumun da texniki heyəti bayram olmasına baxmayaraq, bu kimi problemləri həll etmək üçün gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edək ki, ev sahibi olmadığı təqdirdə övlad və ya valideyn kimi 1-ci dərəcəli ailə üzvləri qohumluq münasibətlərini təsdiq edən müvafiq sənədləri təqdim etməklə xidmətdən yararlana bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.