Fransa hava limanında təhlükə

Day.Az представляет новость на азербайджанском языке

----------
11:58

Tuluzadakı hava limanında təhlükə sovuşub.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, aeroportun məlumatında deyilir: "Axtarış başa çatıb, terminal yenidən açıqdır. Reyslər xeyli gecikəcək".

"Sputniknews"un xəbərinə görə, sərnişinlərin təxliyyə olunmasına səbəb kimi aeroportda şübhəli yükün olması göstərilib.

----------
11:47

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransada Tuluza-Blagnac Aerodromunda həyəcanlı anlar yaşanır. Belə ki, təyyarələrinə minmiş sərnişinlər təxliyə edilirlər.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.