Bakının bu rayonunda su olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, "+82 Şərq" su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 25-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.