Azərbaycanda gənc toyuna az qalmış həlak oldu - FOTO

Day.Az представляет новость на азербайджанском языке.       

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə Lənkəran-Lerik yolunun 2-ci km-də, Darquba kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini  23 yaşlı Nəriman Məmmədli idarə etdiyi Vaz 21015 markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı iri gövdəli  ağaclara çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə,  yüksək sürətlə idarə olunan avtomaşın qarşısında hərəkət edən Vaz 2107-ni ötmək istəyəndə düzgün manevr edə bilmədiyindən əsas yoldan çıxıb .

Sürücünün meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Dünyasını dəyişən Nəriman Məmmədlinin  yaxın günlərdə  toyunun olacağı bildirilir. Faktla bağlı araşdırma aparılır.