Superkubok

Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Azərbaycan Superkuboku ləğv edilir.

Day.Az apasport.az-a istinadən bildirir ki, qarşıdakı bir neçə ildə Topaz Premyer Liqasının və ölkə kubokunun qalibləri arasında həlledici görüş keçirilməyəcək.

Peşəkar Futbol Liqası (PFL) son illərdə Superkubok matçını keçirməyə nə qədər çalışsa da, təqvimin sıxlığı, həmin ərəfələrdə komandaların avrokubokda iştirakı buna mane olurdu. Hətta ötən ilin qış fasiləsində bu görüşün Türkiyədə keçirilmək ehtimalı da müzakirə edilmişdi.
 
İndiki məqamda isə Superkubok oyununun baş tutmamağının səbəbi kimi maliyyə imkanlarının məhdudlaşdırılması göstərilir.  
 
İlk dəfə 1993-cü il, fevralın 21-də keçirilmiş Azərbaycan Superkuboku bu vaxta qədər 4 dəfə sahibini tapıb. "Neftçi" 2 dəfə Superkuboku qazandığı halda, "Qarabağ" və "Xəzər Lənkəran" komandaları hərəyə 1 dəfə analoji uğura imza atıblar. Sadəcə, "Neftçi" və "Xəzər Lənkəran"dan fərqli, 1993-cü ildə "Qızıl dubl" etmiş "Qarabağ" oyun keçirmədən təşkilatçılar tərəfindən Superkubokla mükafatlandırılıb.
 
Qeyd edək ki, Superkubok görüşü sonuncu dəfə isə 2013-cü il, oktyabrın 23-də keçirilib. Naxçıvanda baş tutan həmin qarşılaşmada "Xəzər Lənkəran" "Neftçi"ni üstələyib - 2:1. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.