Metro sərnişinlərinin

Day.Az представляет новость на азербайджанском языке

Bakı metrosunun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalator artıq bu gündən etibarən sərnişinlərin istifadəsindədir.

Qeyd edək ki, 11 mart tarixində "Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lift yarandığı müşahidə edilmiş və təmirə dayandırılmışdı. Eskalatorun təxminən 1 aya təmir olunacağı bildirilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.