https://news.day.az/azerinews/770771.html Gəncə sakinini xəstəxanalıq etdilər

Gəncə sakinini xəstəxanalıq etdilər

Azərbaycanca, 16 апреля 2016 09:40 (UTC +04:00) 1 068
Gəncə sakinini xəstəxanalıq etdilər

Day.Az представляет новость на азербайджанском языке

Gəncə sakini naməlum şəxslərin hücumuna məruz qalıb. 

Gəncənin Cavadxan küçəsində döyülmə faktı qeydə alınıb. Kəpəz TV (RegionTV) xəbər verir ki, 3 nəfər naməlum şəxs şəhər sakini Qasım Qasımova küt alətlə müxtəlif xəsarətlər yetiriblər. Hadisədən sonra yaralı ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.  

Zərərçəkənin həkimlərə verdiyi ilkin məlumat görə, o, ona xəsarət yetirən şəxsləri tanımayıb. Artıq hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Polis həmin şəxslərin müəyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости