Paytaxtın bəzi yolları keçilməz oldu

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın bəzi yollarında yenə tıxac var.

Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellkektual İdarəetmə Mərkəzindən (NİİM) Day.Az-a bildiriblər ki, həftənin ilk iş günü səhər saatlarından etibarən Bakının Azadlıq, Ziya Bünyadov prospektləri, eləcə də Akademik Həsən Əliyev və  Əhmədbəy Ağaoğlu küçələrində nəqliyyatın intensiv hərəkəti və sıxlığı müşahidə olunur.

NİİM bunu nəzərə alaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.