Sumqayıtda avtobus "KamAZ"la toqquşdu:

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az DİN-ə istinadən bildirir ki, aprelin 16-da saat 20 radələrində Sumqayıt şəhərində şəhər sakini Valeh Vəliyevin idarə etdiyi "Hyundai" (avtobus) və Qobustan rayon sakini Elman Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə "Hyundai" aşıb, "KamAZ" markalı avtomobil isə Abşeron rayon sakini Adil Cəlladovun idarə etdiyi "VAZ-21214" markalı avtomobilə dəyib. V.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.