Azərbaycanın yeni AZ-7,62 avtomatı

Day.Az представляет новость на азербайджанском языке

Avtomat 6 pilləli teleskopik qundağa malikdir.

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən DSA-2016 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində hazırlanmış EM-14 avtomat tüfəngi seriyasından yeni silahı - AZ-7,62 avtomatını ilk dəfə nümayişə çıxarılıb.

Day.Az xəbər verir ki, "AzeriDefence"nin məlumatına görə, sərgidə məlumat verilib ki, 7.62×39 mm çaplı avtomat çəkisi 3.8 kq, atış məsafəsi 1000 metr, darağının tutumu 30 patron, resursu 10 000 atışdır. 

Silahın gövdəsi üzərində pikatini relsi yerləşdirilib və kollimatorla dəstləşdirilib.

Avtomat sələfi EM-14-də olduğu kimi uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa malikdir. Ön hissədə əlavə - sökülüb qurula bilən ikinci tutacaq tətbiq olunub.

Qeyd edək ki, bundan əvvəl - 2015-ci ilin fevral ayında MSN Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində ilk dəfə 5.56×45 mm çaplı EM-14 avtomatını nümayiş etdirib.

EM-14 xarici dizayn baxımından AK-47 xəttinə əsaslanır. Lakin bu silah özünün texnoloji prinsiplərinə və tətbiq olunmuş yeniliklərinə görə, "Kalaşnikov" avtomatından əhəmiyyətli şəkildə fərqlənir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.