Bakı metrosunda vətənpərvərlik nümayişi

Day.Az представляет новость на азербайджанском языке

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında vətənpərvərliyin təbliğinə başlayıb.

Day.Az bildirir ki, bu barədə Trend-ə qurumun Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, bununla bağlı metro stansiyalarında vətənpərvərlik afişaları vurulub: "Artıq 6 stansiyada afişalar quraşdırılıb. Metronun "Koroğlu" stansiyasında vətənpərvərlik afişaları proyektorlarla yayımlanır, digər stansiyalarda isə afişa-banerlər yerləşdirilib. Banerlərdə işğal olunmuş Azərbaycan ərazilərinin adları və işğal tarixləri, "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir" şüarları qeyd edilib.

Hələlik təbliğat banerləri metronun "Həzi Aslanov", "Xalqlar Dostluğu", "Əhmədli", "Koroğlu", "28 may" və "Sahil" stansiyalarında quraşdırılıb. Yaxın vaxtlarda digər stansiyalarda da bu afişaların yerləşdiriləcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.