"ASAN Kommunal" mərkəzlərinin istifadəyə veriləcəyi tarix məlum oldu
Day.Az представляет новость на азербайджанском языке
""ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı intensiv işlər aparılır".
Day.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
İ.Kərimov bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN Kommunal" mərkəzləri çox qısa müddət ərzində təhvil verilməlidir: "Hesab edirəm ki, avqust ayı ərzində "ASAN Kommunal" mərkəzləri təhvil veriləcək".
Onun sözlərinə görə, artıq potensial yerlər müəyyən olunub və bu yerlərdə artıq hazırlıq işləri gedir.
İ.Kərimov bildirib ki, yayın sonunda vətəndaşlarımız "ASAN Kommunal" mərkəzlərindən istifadə edəcəklər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре