Rəqsanə qızına 4 gün 4 gecə toy edəcək
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Rəqsanə İsmayılova qızı Aysuna 4 gün 4 gecə toy edəcək.
Day.Az xəbər verir ki, bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, qızına Bakıda və Türkiyədə olmaqla iki toy edəcək:
"Dəqiq vaxtı indidən söyləmək istəmirəm. Amma bir ana kimi arzum var. Bunu hələ heç yerdə deməmişəm. Qızıma Bakıda 4 gün 4 gecə toy edəcəm. Türkiyədə də bir dəfə oğlan toyu olacaq. Bu, mənim arzumdur. İnşallah arzum gerçəkləşər. Özü də toyu mediaya qapalı etməyəcəyik. Çünki bu günə qədər heç bir işimi mediadan gizli etməmişik. Toyla bağlı Aysunun da öz seçimləri, istəkləri var. Toya xarici bir müğənni dəvət edəcəm. Həmin tanınmış sənətçinin adı hələ ki, sirr qalsın".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре