"Sosial şəbəkələrdə vaxt keçirməyə həvəsim yoxdur" - Xalq artisti
Day.Az представляет новость на азербайджанском языке
"Feysbuk və digər sosial şəbəkələrdə vaxt keçirməyə həvəsim yoxdur".
Day.Az bildirir ki, bu sözləri xalq artisti Alim Qasımov sosial şəbəkələrdə onun adına açılmış profillər haqda axar.az-a danışarkən deyib. O, insanlarla daha çox canlı ünsiyyətə önəm verdiyini deyib:
"Feysbuka həvəsim yoxdur deyəndə ki, açığı, belə şeylərdən başım çıxmır. Heç özüm də istəmirəm belə yerlərdə olum. Məncə, bu, daha çox gənclər üçündür. İnsanlarla telefon vasitəsi ilə əlaqə qururam. Ya da üz-üzə görüşürəm".
Qeyd edək ki, xalq artisti Alim Qasımovun sosial şəbəkədəki səhifəsində 36 mindən çox izləyici var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре