Bakı metrosundakı problemin

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, iyunun 29-da Bakı metrosunun bəzi stansiyalarına girişdə problem yaranıb. Şahidlərin sözlərinə görə, təxminən saat 18:30 radələrində turniketlər xarab olub və sərnişinlər platformalara daxil olmaqda bir müddət çətinliklə üzləşiblər. Pik vaxtı olduğundan insanların çoxluğu girişdə sıxlığa və narahatlığa səbəb olub.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev problemin nədən qaynaqlandığını belə açıqlayıb:

"Turniketlərin işləməməsi problemi eyni anda metronun bütün stansiyalarında yaşanıb.  Bu, təxminən heç cəmi 1 dəqiqə də çəkməyib. Sadəcə həmin vaxt adam çox olduğundan girişdə sıxlıq yaranıb. Buna səbəb isə şəbəkədə yaranmış problem olub. Lakin mütəxəssislərimizin dərhal müdaxiləsindən sonra problem ən qısa müddətdə həllini tapıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.