Ermənistanda hərbi xidmətdən qaçan şəxs Rusiyada tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Kemerovo vilayətinin məhkəmə pristavları ölkə ərazisində qeyri-qanuni yaşayan üç əcnəbini ölkələrinə deportasiya ediblər.

Day.Az report-a istinadən bildirir ki, onlardan biri erməni ordusunda xidmət etməkdən boyun qaçırdığı üçün axtarışda olan şəxsdir.

Məhkəmə Pristavları Federal Xidmətinin Kuzbass üzrə İdarəsinin məlumatına görə, ötən cümə axşamı Ermənistan, Azərbaycan və Ukrayna vətəndaşı öz ölkələrinə göndərilib.

Onların heç birinin Rusiya ərazisində qalma və ya yaşama hüququ verən sənədi olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.